“Qarabağ” “Qəbələ”yə qalib gəldi

Baş səhifə

Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.

Metbuat.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib. “Zirə” Qubada “İmişli”nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb.

Digər matçda isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Ağdam təmsilçisi bu görüşdə qalib gələrək növbəti 3 xalını qazanıb.

“Şamaxı” – “Araz-Naxçıvan” və “Neftçi” – “Karvan” oyunları sabah, “Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Sumqayıt” matçları isə sentyabrın 28-də keçiriləcək.

26 sentyabr

19:00. “Qarabağ” – “Qəbələ” – 2:0

Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3

Qırmızı vərəqə: Prins Ovusu, 1 (“Qəbələ”)

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.