Qurbanovdan “Kopenhagen”lə bağlı

Baş səhifə

Bizim üçün çempionatda hər oyun vacibdir. “Kopenhagen”lə matçı düşünmürdük. Sadəcə ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”ni məğlub etdikləri (2-0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. “Qəbələ” 5 müdafiəçi ilə oynayır, “Kopenhagen” isə 4 müdafiəçi ilə. Bəzən onlar da “beşli” müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. Futbolçuların idman formasında bir az balans yox idi. “Araz-Naxçıvan”la matçda rotasiyalar etmişdik. “Kopenhagen”lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır”, – Q.Qurbanov qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir