
Xaçmazda baş vermiş ağı qəza nəticəsində xəsarət almış şəxslərin kimliyi müəyyən olunub.
APA-nın Şimal bürosu xəbər verir ki, xəsarət alan şəxslər; avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov, sərnişinlər; 1962-ci il təvəllüdlü İ. İskəndərova, 1978-ci il təvəllüdlü V. Məmmədov, 1984-cü il təvəllüdlü G. Məmmədova, 2001-ci il təvəllüdlü P. Məmmədov və 2005-ci il təvəllüdlü M. Məmmədovdur.
Yaralıların müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
19:13
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, rayonunun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi, “Mitsubishi Pajero” markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.
Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.
Qəzaya düşən şəxslər toy mərasimindən qayıdaraq Hülövlü kəndinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.

