44 günlük Vətən müharibəsinin xronikası: 27 sentyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin sentyabrın 27-nə olan xronikasını təqdim edir:

– Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin yaşayış
məntəqələrimizi və mülki əhalini atəşə tutduğunu açıqladı;

– Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı;

– Ordumuzun bir döyüş helikopteri zədələndi, helikopter öz
ərazimizə endirildi;

– Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi;

– Müdafiə Nazirliyi işğal altında olan vacib yüksəkliklər
uğrunda döyüşlər aparıldığını açıqladı;

– Ombudsman Ermənistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə
kobud şəkildə pozulmasına etiraz olaraq bəyanat yaydı;

– Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı;

– Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının
iclası keçirildi;

– Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını
açıqladı;

– Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla
zəng etdi;

– Zakir Həsənov düşmənin ön xəttinin yarıldığını, 7 kəndin
işğaldan azad olunduğunu açıqladı;

– Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilmə
görüntülərini yaydı;

– Baş Prokurorluq mülki əhalidən yaralananların sayının 14-ə
çatdığını açıqlayıb;

– Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının
detallarından danışdı;

– Müdafiə Nazirliyi Ağdərə yaşayış məntəqəsində yerləşən erməni
qarnizonuna təslim olmağı təklif etdi;

– Müdafiə Nazirliyi düşmənin zirehli texnikasını döyüş
meydanında ataraq qaçdığını nümayiş etdirdi;

– Murov dağı silsiləsindəki Murov zirvəsi azad olundu;

– Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında
Fərman imzaladı;

– Müdafiə Nazirliyi Ermənistan ordusuna məxsus silah-sursat
anbarının məhv edilməsinin görüntüsünü yayıb;