BMT-nin İrana qarşı sanksiyaları bu həftənin sonunda bərpa olunacaq

Baş səhifə

BMT-nin İrana qarşı sanksiyaları bu həftənin sonunda Təhlükəsizlik Şurasının Rusiya və Çinin İranın nüvə sazişinin uzadılmasına dair qətnaməsini qəbul etməməsindən sonra bərpa olunacaq.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord deyib.

“Keçən həftə Şura 2231 saylı qətnamə ilə nəzərdə tutulan sanksiyaların bərpası prosesində lazımi addımları tamamladı. Beləliklə, bu həftənin sonunda İranın nüvə silahının yayılması proqramını hədəf alan BMT sanksiyaları yenidən qüvvəyə minəcək. Bütün üzv dövlətlər BMT Nizamnaməsinin tələb etdiyi kimi, bu sanksiyalara tam əməl etməyə borcludurlar”, – o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir