BAEA müfəttişləri İranda yoxlamalar aparırlar – Araqçi

Baş səhifə

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Araqçi BMT Təhlükəsizlik
Şurasında Çin və Rusiya tərəfindən təqdim olunmuş və İrana qarşı
sanksiyaların ləğvini nəzərdə tutan 2231 saylı qətnamənin
uzadılması ilə bağlı səsvermədən sonra çıxış edərək bildirib ki,
hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri
İranda fəaliyyət göstərir və yoxlamalar aparırlar.

Trend xəbər verir ki, nazir
bu fikirləri Fransanın nümayəndəsinin İran ilə BAEA arasında
əməkdaşlığın kifayət qədər olmaması barədə səsləndirdiyi bəyanata
cavab olaraq söyləyib.




“Əksinə, BAEA müfəttişləri bu gün İranda mövcuddur və lazım olan
yoxlamaları həyata keçirirlər”, – deyə Araqçi vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir