
Bakı. Trend:
Bu gün Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə
beynəlxalq turnirə start veriləcək.
Trend xəbər verir ki,
Aleksandr Aksyonovun xatirəsinə həsr olunan yarışda 10 ölkədən
200-dən artıq idmançının iştirakı gözlənilir.
4-cü dəfə keçiriləcək memorialda məşqçilər Sabah Şəriəti və
Zöhrab Abbasovun rəhbərliyi altında Rəşad Məmmədov, Fərid Sadıxlı
(hər ikisi 55 kq), Məhəmməd Şükürzadə (67 kq), Təvəkgül Həziyev (72
kq), Rəvan Nuriyev (77 kq), Laçın Vəliyev (87 kq), Arif
Niftullayev, Məhəmməd Əhmədiyev (hər ikisi 97 kq) və Sərxan
Məmmədov (130 kq) mübarizə aparacaq.
İki gün davam edəcək turnirdə I dərəcəli hakim Həbib Nurulu
ədaləti qoruyacaq.