
Bakı. Trend:
ABŞ ordusu Amerikanın aviasiya texnikası istehsalçısı olan “Sikorsky Aircraft” ilə 10,34 milyard dollar məbləğində müqavilə
imzalayıb.
Trend xəbər verir ki, bu barədə Pentaqon
məlumat yayıb.
 
Müqavilə Dəniz Piyadaları Korpusu üçün 92 ədəd ağır
nəqliyyat-yük helikopteri “Sikorsky CH-53K King Stallion” istehsal
edilməsini nəzərdə tutur.


 
						 
						