ABŞ 4 milyard dollarlıq xarici yardımı donduracaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın administrasiyasına
Konqres tərəfindən xarici yardımlar üçün ayrılmış 4 milyard
dollarlıq vəsaitin dondurulmasına icazə verib.

Trend xəbər verir ki, bu
barədə Ali Məhkəmənin qərarında qeyd olunub.




“Səs çoxluğu ilə qəbul edilən təxirəsalma qərarı mövcud məhkəmə
hökmünün icrasını dayandırır. Nəticədə vəsaitlər nəzərdə tutulan
alıcılara çatdırılmayacaq”, – sənəddə bildirilir.

Məlumata əsasən, Tramp administrasiyasının nümayəndələri bu
vəsatəti sentyabrın 5-də Vaşinqtondakı apellyasiya məhkəməsinin
hökumət orqanlarını müdafiə etməyi dayandırmasından sonra təqdim
ediblər. Əvvəlki instansiya məhkəməsinin qərarına görə isə, Tramp
administrasiyası ABŞ Konqresinin təsdiqlədiyi xarici yardımlar üçün
ayrılmış azı 4 milyard dolları cari maliyyə ilinin sonunadək, yəni
sentyabrın 30-dək xərcləməli idi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir