“Fənərbaxça” Domeniko Tedesko ilə bağlı qərar verdi

Baş səhifə

“Fənərbaxça” baş məşqçi Domeniko Tedesko ilə yolları ayıra bilər.

Metbuat.az xəbər verir ki, məşqçiyə növbəti oyunlarda uğur qazana bilməsə istefaya göndəriləcək.

UEFA Avropa Liqasında Zaqreb “Dinamo”suna 1:3 hesabı ilə məğlubiyyətdən sonra klub iclas keçirib. Məşqçiyə ultimatum verilib ki, növbəti oyunlarda qalib gəlməsə, postunu itirəcək.

Qeyd edək ki, Domeniko Tedesko rəhbərliyində “Fənərbaxça” dörd matçda bir qələbə qazanıb. Türkiyə təmsilçisi Domeniko Tedesko ilə üç illik müqavilə imzalayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir