III MDB Oyunlarının açılşıına görə Gəncəyə əlavə qatar reysi təyin olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 28-də Bakıdan III MDB Oyunlarının açılışının
keçiriləcəyi Gəncəyə əlavə qatar reysi təyin olunub.

Trend
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat
yayıb.




Bildirilib ki, Bakıda Gəncəyə təyin olunan əlavə reys saat
13:00-da Bakıdan çıxacaq və saat 16:56-da Gəncə dəmiryol vağzalında
olacaq.

Bakıdan Gəncəyə biletin qiyməti 18,89 manat təşkil edir.