
Sentyabrın 28-də Bakıdan III MDB Oyunlarının açılışının keçiriləcəyi Gəncəyə əlavə qatar reysi təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, Bakıdan Gəncəyə təyin olunan əlavə reys saat 13:00-da Bakıdan çıxacaq və saat 16:56-da Gəncə dəmiryol vağzalında olacaq.
Bakıdan Gəncəyə biletin qiyməti 18,80 manat təşkil edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.