Azərbaycan pambıq ipliyi istehsalı artıb

Baş səhifə

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 13,23 min ton pambıq ipliyi istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % çoxdur.

Bu il sentyabr ayının 1-nə ölkədə 4,76 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.