Azərbaycan III MDB Oyunlarında ilk medallarını qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü
tennis üzrə komanda yarışlarına yekun vurulub.

Trend
xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda
qızlar və oğlanlardan ibarət komandaların final qarşılaşmaları
keçirilib.

Azərbaycan hər iki kateqoriyada Rusiya ilə üz-üzə gəlib.

Oğlanlardan və qızlardan ibarət millilərimiz 0:2 hesabı ilə
məğlub olaraq turnirin gümüş medallarına sahib çıxıblar.




Rusiya yığmaları isə qızıl mükafata yiyələniblər.

Bu gün həmçinin fərdi yarışlara da start veriləcək.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB
Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə
oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir