
Bakı. Trend:
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ
dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən
sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
XXX
10:08
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət
həddi 20 km/saat endirilib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında
dəyişiklik edilib.
“Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş
edilir”,- deyə əlavə edilib.