Astarada bəzi əraziləri su basdı – 30 nəfər təxliyə edildi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
intensiv yağışlar nəticəsində Astara rayonunun Ərçivan qəsəbəsində
bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil
olub.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək
kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan
vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal
FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının
qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə
30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.




Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və
digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir