İngiltərədə Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası
gerçəkləşib.

Trend xəbər
verir ki, “Vest Hem” Qrem Potterlə yollarını ayırıb. Bu barədə
klubun mətbuat xidməti məlumat yayıb.




50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında
xitam verilib.

Qeyd edək ki, Qrem Potter bu ilin yanvar ayında “Vest Hem”in baş
məşqçisi postuna təyin olunmuşdu. Komanda Premyer Liqada 5 turdan
sonra 3 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində
qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir