
Bakı. Trend:
Suriya məhkəməsi qiyabi olaraq ölkənin keçmiş prezidenti Bəşər
Əsəd barəsində həbs qətimkan tədbiri seçib.
Trend xəbər verir
ki, bu barədə Suriya KİV məlumat yayılıb.
“Əsədin 2011-ci ildə Dərradakı hadisələrlə əlaqədar qiyabi
olaraq onun həbsinə dair qərar çıxarılıb”, -deyə məlumatda
deyilir.
Qərarın keçmiş Suriya liderinin beynəlxalq təqibi üçün əsas
olacağı bildirilir.
Qeyd edək ki, Bəşər Əsədə qarşı “qəsdən adamöldürmə, ölümə səbəb
olan işgəncələr, və əsassız azadlıqdan məhrum etmə” ittihamları
irəli sürülüb. Məhkəmə prosesində zərərçəkmiş tərəf qismində
2011-ci ildə Dərradakı insidentdə həlak olan insanların qohumları
çıxış edib.