Azərbaycan neft qiymətlərinin həfətlik icmalı

Baş səhifə

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,
Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta
qiymətlərində artım qeydə alınıb.

Trend xəbər verir
ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azeri Light CIF” markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə
müqayisədə 1,7 ABŞ dolları və ya 2,4% artaraq 71,84 dollar/barel
təşkil edib. Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti
73,76 dollar/barel, minimum isə 69,46 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında “Azeri Light” markalı xam neftin orta qiyməti 70,26 dollar/barel
təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,7 ABŞ
dolları və ya 2,4% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam
neftin maksimal qiyməti 72,24 dollar/barel, minimum isə 67,92
dollar/barel olub.




URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə
müqayisədə 0,9 ABŞ dolları və ya 1,5% artaraq 57,65 dollar/barel
təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 59,12
dollar/barel, minimum isə 55,62 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti
əvvəlki həftə ilə müqayisədə 1,6 dollar və ya 2,4 faiz bahalaşaraq,
69,48 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə,
“Dated Brent” neftinin maksimal qiyməti 71,93 dollar/barel, minimum
isə 66,75 dollar/barel təşkil edib.

Neft/ data

22.09.2025

23.09.2025

24.09.2025

25.09.2025

26.09.2025

Orta qiymət

Azeri LT CIF

$69,46

$71,42

$72,14

$72,43

$73,76

$71,84

Azeri Light FOB Ceyhan

$67,92

$69,65

$70,60

$70,89

$72,24

$70,26

Urals (EX NOVO)

$55,62

$57,26

$58,14

$58,13

$59,12

$57,65

Dated Brent

$66,75

$68,41

$69,78

$70,54

$71,93

69,48

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir