Xaçmaz rayonunda 27 Sentyabr – Anım Günü qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və
ictimaiyyət nümayəndələri 27 Sentyabr – Anım Günündə Xaçmaz
şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Trend xəbər
verir ki, rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda
alovlanan məşəlin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovun
büstü ziyarət olunub, Xaçmazdan olan bütün şəhidlərin xatirə
lövhələri önünə tər qərənfillər düzülüb.




Elnur Rzayev şəhid ailələri və qazilərlə səmimi söhbət edib,
onların qayğıları ilə maraqlanıb. O, Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti,
iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi
sayəsində Vətənimizin ərazi bütövlüyünün və dövlət suverenliyinin
tam bərqərar olduğunu qeyd edib.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və
piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları
verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir