DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət edib – VİDEO

Baş səhifə

Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət edib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin gənc polis əməkdaşları və hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Şəxsi heyət xatirə daşının önünə gül dəstələri düzüb.