
Bakı. Trend:
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım
Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Trend-ə xəbər verir ki, onlar xatirə daşının önünə gül dəstələri
düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və
dövlətin birliyi nəticəsində əldə olunan zəfərə və qəhrəmanlıq
salnaməsinə köklənərək, tariximizin ən şərəfli səhifələrindən biri
yazılıb.
“27 sentyabr zəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizin
və uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi
bütövlüyümüzün bərpa edilməsi, suverenliyin tam bərqərar olunması
və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan
qürurverici gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı
hərbçilərimizə şəfa versin”, – deyə nazirlikdən bildirilib

