Astarada 33 nəfər evlərindən təxliyə olunub

Baş səhifə

Astara rayonunun Ərçivan qəsəbəsində suyun səviyyəsi 1 metrə olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gecədən cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun Ərçivan qəsəbəsində fəsadlar törədib. Qəsəbənin bəzi yerlərində suyun səviyyəsi 1 mətrə qədər qalxıb.

Əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri və DİN-in əməkdaşları cəlb olunub. Ərazidə qərargah yaradılıb. Görülən tədbirlər nəticəsində bu saata kimi evlərdən 33 nəfər təxliyə olunub. Təxliyə prossesinə 59 nəfər şəxsi heyət, 9 texnika və 1 qayıq cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir