
Bakı. Trend:
27 sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı
ilə ölkənin meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və
meşəbərpa tədbirləri keçirilib.
Trend xəbər
verir ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və
müharibə iştirakçılarının iştirakı ilə Şirvan şəhəri, Lerik,
Goranboy, Tovuz, Gədəbəy, Ağcabədi, Yevlax, Şabran, Qusar, Ağsu,
Şəki, Zaqatala, Qəbələ və Qubadlı rayonlarının meşə fondu
torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 20 000-dən artıq
müxtəlif cinsli ağac tingi əkilib.