“Şamaxı”-“Araz-Naxçıvan” qarşılaşmasıda qalib müəyyənləşməyib

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının VI turu çərçivəsində “Şamaxı” və
“Araz-Naxçıvan” komandaları qarşılaşıb.

Trend xəbər
verir ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.




Görüşün 28-ci dəqiqəsində “Şamaxı”dan Rüfət Abbasov hesabı
açaraq komandaya üstünlük gətirib – 1:0. Fasiləyə qədər bu nəticə
dəyişməyib. İkinci hissədə 73-cü dəqiqədə “Araz-Naxçıvan”ın üzvü
Şarl Boli hesabı bərabərləşdirib – 1:1.

Qeyd edək ki, oyunun əvvəlində “Şamaxı”dan Karim Rossi fərqlənsə
də, qol ofsayd səbəbi ilə qeydə alınmayıb. Görüşün baş hakimi Rəşad
Əhmədov olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir