
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ictimai
nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində
görülən tədbirlərin davamı olaraq Gəncə şəhəri üzrə aparılan
genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi
yenidən formalaşdırılıb.
AYNA-dan Trend-ə
verilən məlumata görə, yeni marşrut şəbəkəsi çərçivəsində şəhər və
ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və
sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 22
avtobus marşrutu təşkil edilib.
Yeni marşrut şəbəkəsinin tətbiqi mərhələli şəkildə həyata
keçirilir. Belə ki, sentyabrın 28-dən 1, 2, 3, 6, 7, 8 və 9 nömrəli
marşrutlar fəaliyyətə başlayacaq. Avtobusların hərəkət istiqaməti
aşağıdakılardır:
1 nömrəli marşrut: Gəncə Dəmiryol vağzalı –
Yeni Gəncə (28 May prospekti);
2 nömrəli marşrut: Heydər Əliyev prospekti –
Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi (dairəvi
marşrut);
3 nömrəli marşrut: Yeni Gəncə (28 May
prospekti) – Cümhuriyyət prospekti;
6 nömrəli marşrut: Şıxzamanlı qəsəbəsi –
Bağmanlar küçəsi;
7 nömrəli marşrut: Poçt qəsəbəsi – Şəhidlər
Xiyabanı (R20 Gəncə – Daşkəsən avtomobil yolu);
8 nömrəli marşrut: Dəmiryol deposu (Zaur
İsmayılov küçəsi) – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);
9 nömrəli marşrut: Təbriz küçəsi – “Kəlbəcər”
şəhərciyi.
Sentyabrın 29-dan 4, 5, 11, 14 və G1 nömrəli marşrutlar
fəaliyyətə başlayacaq. Bu avtobuslar aşağıdakı istiqamətlər üzrə
hərəkət edəcək:
4 nömrəli marşrut: İmamzadə türbəsi –
Cümhuriyyət prospekti;
5 nömrəli marşrut: Y.Məmmədəliyev küçəsi –
V.Qocayev küçəsi;
11 nömrəli marşrut: Məhsəti qəsəbəsi
(H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi;
14 nömrəli marşrut: Qızılqaya qəsəbəsi
(A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi (Parkın ətrafı);
G1 nömrəli marşrut: Göygöl Şəhər Mərkəzi
Xəstəxanası – N.Nərimanov küçəsi (Parkın ətrafı).
Sentyabrın 30-dan 10, 12, 13, 15, 17, 18 və 20 nömrəli
marşrutlar fəaliyyətə başlayacaq. Qeyd olunan avtobusların hərəkət
istiqaməti aşağıdakılardır:
10 nömrəli marşrut: Poçt qəsəbəsi – N.Nərimanov
küçəsi (Parkın ətrafı);
12 nömrəli marşrut: Gəncə Dəmiryol Vağzalı – 1
nömrəli şəhər xəstəxanası;
13 nömrəli marşrut: Gəncə Beynəlxalq
Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax
istiqamətində);
15 nömrəli marşrut: Mərkəzi Klinika Gəncə
Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);
17 nömrəli marşrut: Mərkəzi Klinika Gəncə
Xəstəxanası – İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);
18 nömrəli marşrut: N.Nərimanov küçəsi (Parkın
ətrafı) – Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);
20 nömrəli marşrut: Ə.Xəqani küçəsi (hərbi
hissə) – N.Nərimanov küçəsi (Parkın ətrafı)
Oktyabrın 1-dən isə 16, 19 və G2 nömrəli marşrutların fəaliyyətə
başlaması nəzərdə tutulub. Bu marşrut xətləri üzrə avtobuslar
aşağıda qeyd olunan istiqamətlərdə hərəkət edəcək:
16 nömrəli marşrut: Məhsəti qəsəbəsi
(Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax
istiqamətində);
19 nömrəli marşrut: V.Qocayev küçəsi – “Grand”
bazar;
G2 nömrəli marşrut: Göygöl avtostansiyası –
N.Nərimanov küçəsi (Parkın ətrafı).
Bu dəyişikliklər AYNA-nın regionların nəqliyyat
infrastrukturunun müasir tələblərə uyğun qurulması ilə bağlı
qarşıya qoyduğu strateji hədəflərinə çatması üçün atılan növbəti
mühüm addımdır. Gəncə şəhərində icra edilən bu modelin gələcəkdə
digər regionlarda da tətbiqi nəzərdə tutulur.

