
Bakı. Trend:
ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini
davam etdirəcək.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” sosial
şəbəkəsində 27 sentyabr – Anım Günü ilə bağlı paylaşımında
bildirilib.
“Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı
həyatını itirən azərbaycanlıları xatırlayırıq. Avqustun 8-də
Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını
gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün
möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş
Ştatlarının Səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və
onların ailələrinə ən dərin hüznlə başsağlığı verir”, – deyə qeyd
olunub.