
Bakı. Trend:
Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini
metronun “Həzi Aslanov” stansiyası ilə əlaqələndirən 104 nömrəli
marşrutda istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumata
görə, sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG
texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət
intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız
qaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin
göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların
yenilənməsi mərhələli qaydada davam etdirilir.

