27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

26 sentyabr 2025-ci il tarixində “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin
üzvləri, eləcə də yerli sakinlər üçün 27 sentyabr – Anım gününə
həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata
görə, aksiyanın rəsmi açılışında Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov,
rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük
Hospitalının rəisi-baş həkimi, t.e.d. Bəxtiyar Musayev,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri Rüfət Mahmud, həkimlər və tibb işçiləri iştirak
ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb
xidməti general-mayoru Ceyhun Məmmədov öz çıxışında edib ki, qeyd
edib ki, qazilərin müalicəsi və sağlamlıqlarının bərpası ölkə
başçısının daim diqqət mərkəzindədir. Bu məqsədlə bütün aidiyyəti
dövlət qurumlarının resursları səfərbər olunur. 27 sentyabr – Anım
Günü ərəfəsində Mərkəzi Gömrük Hospitalının ixtisaslaşmış tibbi
briqadası tərəfindən Qala Dövlət Qoruğunda keçirilən bugünkü tibbi
aksiya da ilk növbədə qazilərin və onların yaxınlarının, şəhid
ailələrinin və eyni zamanda yerli sakinlərin sağlamlığının
qorunmasına yönəldilib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev
vurğulayıb ki, belə tədbirlər sağlamlıq problemlərinin erkən
aşkarlanmasına və insanların profilaktik müayinələrdən
keçirilməsinə mühüm töhfə verir.




“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri Rüfət Mahmud göstərilən yüksək səviyyəli tibbi
xidmətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə və
həkim heyətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür
aksiyalar şəhid və qazi ailələrinin, həmçinin yerli sakinlərin
sağlamlığının qorunmasında xüsusi əhəmiyyət daşıyır.

Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının müxtəlif
ixtisaslı həkimləri tərəfindən 200 nəfərə kardioloji, uroloji,
endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji,
terapevtik, pediatrik və cərrahi xidmətlər daxil olmaqla 500-dən
çox tibbi müayinələr göstərilib. Səhhətində problem aşkar olunan
şəxslərə USM, EKQ, ExoKQ, rentgen və digər müayinələr aparılıb,
müalicə ilə bağlı tövsiyələr verilib və zəruri təyinatlar
edilib.

Eyni zamanda aksiyanın məqsədi – sağlam həyat tərzinin
əhəmiyyəti və xəstəliklərin erkən diaqnostikasının vacibliyi barədə
əhali arasında maariflənməsi olmuşdur. Tibbi aksiyadan çox
iştirakçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun açıq
havada və qapalı məkanlarda yerləşmiş muzeyləri ziyarət
ediblər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi
tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə ödənişsiz
tibbi-sosial aksiyalar təşkil olunur. Bu təşəbbüslər vətəndaşların
sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, şəhid və qazi
ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir