TRIPP marşrutunun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq – Paşinyan

Baş səhifə

Bakı. Trend:

TRIPP ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli
Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr
müxtəlif infrastrukturdan ibarət olacaq.

Trend-in
məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan
BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki,
marşrutun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri
olacaq.

“Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş TRIPP
marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq, Ermənistan
və Azərbaycan arasında dövlətdaxili, ikitərəfli və beynəlxalq
daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin
suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət
əsasında həyata keçiriləcək. Bu, Azərbaycan Respublikasının əsas
hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan
Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni əhatə edəcək
və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda
verəcək”,- deyə Paşinyan əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir