
Bakı. Trend:
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son illər Ermənistan və
Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub.
Trend-in
məlumatına görə, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan
BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri müntəzəmdir və davamlı
olaraq artan səviyyədədir.
“Mən bu nailiyyəti yüksək qiymətləndirirəm və əminəm ki, bu,
yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik
münasibətlərin qurulması və dövlətlərarası sərhədlərin tam açılması
kimi müsbət nəticələr verəcək”, – deyə Paşinyan əlavə edib. O
bildirib ki, iki ölkə arasında sərhədlərin açılması TRIPP
layihəsinə müsbət təsir edəcək.