“Neftçi” xal itirdi

Baş səhifə

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Neftçi” evdə “Karvan-Yevlax”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 1:1

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir