Məmnuniyyətlə bildirirəm ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Mən bütün beynəlxalq ictimaiyyətə məmnuniyyətlə bildirirəm ki,
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh
bərqərar olub.

Trend-in
məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan
BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, bu sülh prosesində Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Trampın rolu həlledicidir.

“Onun fədakarlığı, ardıcıllığı və prinsipiallığı qeyri-mümkün
kimi görünənləri mümkün etdi. Ona görə də biz Azərbaycan Prezidenti
İlham Əliyevlə birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına
namizədliyi ilə bağlı qərar verdik. Çünki biz öz nümunəmizdə
Prezident Trampın bu ideyaya həqiqətən sadiq olduğunu gördük”,-
deyə Paşinyan əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir