“Neftçi” “Karvan-Yevlax”la heç-heçə edib – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Trend-in
məlumatına görə, “Neftçi” evdə “Karvan-Yevlax”la qarşılaşıb. Görüş
qolsuz heç-heçə ilə başa çatıb.




Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı
qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun
Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0
hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə
edib – 1:1.