
Bakı. Trend:
İran ABŞ-nin Tehrana qarşı sanksiyaların bərpasının üç aylıq
gecikdirilməsi müqabilində 60 faizə qədər 400 kq-dan çox
zənginləşdirilmiş uranın təhvil verilməsi tələblərini həddindən
artıq adlandırıb.
Trend-in
məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian
deyib.
“Bu cür bəyanatlar qəbuledilməzdir və əgər biz onların həddi
aşan tələbləri ilə sanksiyaların dərhal bərpası arasında seçim
etməli olsaq, sanksiyaların bərpasını seçəcəyik”, – deyə o
bildirib.
Qeyd edək ki, M.Pezeşkianın bəyanatı BMT Təhlükəsizlik Şurasının
ötən gün Rusiya və Çinin Tehrana qarşı sanksiyaların bərpasını altı
ay müddətinə təxirə salmaq üçün təqdim etdiyi qətnamə layihəsini
rədd etməsindən sonra verilib.