Açıq Avropa Turniri: Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb

Baş səhifə

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start
götürüb.

Trend-in
məlumatına görə, ilk yarış günündə 4 cüdoçu fəxri kürsüyə
qalxıb.

66 kiloqram çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb.
İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. 60
kiloqram çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad
Muradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.




Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycan
ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci
pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir