
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin sentyabrın 28-nə olan xronikasını təqdim edir.
– Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib;
– Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib;
– Müdafiə Nazirliyi düşmənin 550 nəfərdən artıq itkisi olduğunu
açıqladı;
– Bölmələrimiz düşmən texnikasını məhv etdi;
– Müdafiə Nazirliyi daha 2 düşmən tankının məhv edilməsinin
görüntülərini yaydı;
– Müdafiə Nazirliyi düşmənə sonuncu dəfə xəbərdarlıq etdi;
– Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən
təmizlənib;
– Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla
zəng edib;
– Baş Prokurorluq xəsarət alan mülki əhalinin sayını açıqladı;
– Azərbaycanda qismən səfərbərlik elan edildi;
– Anar Eyvazov Ermənistan ordusunun ciddi itkilər verdiyini
açıqlayıb;
– Tərtər məhkəməsinin binası atəşə tutuldu;
– Düşmənin daha iki tankı məhv edildi;
– Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli
həlak oldu;
– Ermənistan daha 28 hərbçisinin həlak olduğunu elan etdi;
– Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr
endirildi;
– Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi;
– Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yaydı;
– Baş Prokurorluq Tərtərdə iki qardaşın həlak olduğunu, 2
nəfərin isə yaralandığını açıqladı;
– Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi
Antonio Quterreş arasında videokonfrans formatında görüş olub;