
Bakı. Trend:
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald
Tramp arasında sentyabrın 25-də Vaşinqtonda keçirilən danışıqlarda
digər məsələlərlə yanaşı, Ukraynada münaqişənin sülh yolu ilə
nizamlanması istiqamətində birgə addımların atılması məsələsi də
gündəmə gətirilib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan
bildirib.
“Prezidentimiz Fələstin məsələsini qaldırdı. O, bu məsələlərin
bizim üçün əhəmiyyətini xüsusilə vurğuladı. Ən əsası Qəzza
zolağında atəşkəsin dərhal bərqərar olması, eləcə də İsrailin
bölgədəki ekspansionist siyasəti ilə bağlı risklərdir”, – deyə
nazir qeyd edib.
Onun sözlərinə görə, görüş zamanı Suriyanın ABŞ-la münasibətləri
ilə bağlı gündəmdə olan məsələlər müzakirə edilib.
“Bütün ölkələr Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini
qoruyub saxlaması ilə razılaşır”, – deyə H.Fidan əlavə edib.

