Ermənistanda icma rəhbərini öldürən şəxs saxlanılıb

Baş səhifə

Sentyabrın 23-də Merdzavan kəndində törədilmiş qətlin üstü açılıb.

APA xəbər verir ki, bu haqda Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

Onun sözlərinə görə, polis bölməsinə gətirilən vətəndaş Merdzavanda üç nəfərə atəş açdığını, iki nəfəri öldürdüyünü, bir nəfəri isə yaraladığını etiraf edib.

Daxili İşlər Nazirliyi atışma zamanı istifadə olunan silahın tapılması barədə məlumat yayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir