İstanbula uçan təyyarə Bakıda eniş edib

Baş səhifə

Bakı. Trend:

“Turkish Airlines” aviaşirkətinə məxsus, Aşqabad – İstanbul
marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin
kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış
kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi
eniş üçün sorğu göndərib.


Trend
xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq
Aeroportunun mətbuat xidməti bildirib.

Təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz
şəkildə uğurla eniş edib.




Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib
və səhhəti nəzarətə götürülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq
təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun
fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı
dəstək göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir