Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı videoçarx hazırlanıb

Baş səhifə

Bakı. Trend:

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
Qanununun təbliği və müvafiq hüquqla bağlı nəzəri biliklərin və
məlumatlılığın artırılması məqsədilə Ombudsman Aparatı tərəfindən
informasiya əldə etmək hüququ ilə bağlı videoçarx hazırlanıb.

Aparatdan Trend
verilən məlumata görə, videoçarxda “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn
müddəalar, informasiya sahiblərinin vəzifələri, informasiya
sorğusu, onun icra müddəti, informasiya əldə etmək hüququnun
pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri haqqında və
Ombudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətlərini əks
etdirən məlumatlara yer verilib.

Qeyd edək ki, 28 sentyabr Ümumdünya İnformasiya Əldə Etmək
Azadlığı günüdür. Bu gün 2015-ci il noyabrın 17-də Birləşmiş
Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)
tərəfindən təsis edilib.

İnformasiya əldə etmək hüququnun müdafiəsi və təmini Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
Azərbaycan Respublikası Konstitusiyasında və ölkənin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları və
azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin prioritet
istiqamətlərindəndir.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının,
bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli
şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə
yetirməsinə nəzarəti həyata keçirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir