
Bakı. Trend:
Bu gün Gəncə şəhərində III MDB Oyunlarının açılış mərasimi baş
tutacaq.
Trend xəbər verir
ki, tədbir şəhər stadionunda saat 19:00-da başlayacaq.
Mərasimdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və
taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.
Qeyd edək ki, sentyabrın 26-da start götürən turnirdə 13 ölkədən
1 624 idmançı və 2 337 nümayəndə iştirak edir. Yarışda Azərbaycanı
340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147,
Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38,
Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir. Pakistan isə
yarışda 4 idmançı ilə iştirak edir.
III MDB Oyunlarına oktyabrın 8-də Gəncə şəhər stadionunda yekun
vurulacaq.