
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında qızıl mədənində çökmə baş verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Maru rayonundakı Kadauri mədənində baş verən çökmə nəticəsində azı 100 nəfərin öldüyü bildirilir.
Hadisə zamanı çoxlu sayda mədənçinin yerin altında işlədiyi bildirilir.
Səlahiyyətlilər indiyədək 13 nəfərin cəsədinin çıxarıldığını, daha 15 nəfərin isə xilas edildiyini açıqlayıb.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

