III MDB Oyunlarında üzgüçülük yarışının medalçıları müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışının
qalibləri bəlli olub.

Trend xəbər verir
ki, Gəncə İdman Sarayında qadınlar arasında 800 metr məsafəyə
sərbəst üsulla üzmə yarışının nəticələrinə əsasən mükafatçılar
müəyyənləşib.




Birinci yeri Rusiya təmsilçisi Anastasiya Çernışova tutub,
ikinci yerə onun həmyerlisi Valeriya Brazniçenko, üçüncü yerə isə
Belarus idmançısı Kseniya Mastoviç layiq görülüb.

Qeyd edək ki, Azərbaycan üzgüçüsü Anastasiya Qnussina finiş
xəttinə 4-cü olaraq çatıb.