İsrail bu beynəlxalq yarışdan kənarlaşdırıldı

Baş səhifə

Oktyabrın 4-də İtaliyada keçiriləcək “Giro dell Emilia” veloyarışında ”İsrail-Premier Tech” komandasının iştirakı ləğv edilib.

Modern.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, komandanın yarışdan kənarlaşdırılması qərarı son vaxtlar Fələstin etirazlarının artması fonunda verilib. Yarış təşkilatçıları bunu ictimai təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırıblar.

Birgünlük “Giro dell Emilia” yarışı Bolonyada başa çatacaq. Təşkilatçılar məhz finiş xəttinin etiraz aksiyalarına tuş gələ biləcəyindən ehtiyat ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir