Ağdamın bu məscidində 32 ildən sonra ilk dəfə azan oxundu –

Baş səhifə

Ağdamın işğaldan azad olunan Saybalı kənd məscidində 32 ildən sonra ilk dəfə azan oxunub.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, Ağdam rayonunun Saybalı kəndindən olan sakinlər 27 Sentyabr – Anım Günü ilə əlaqədar kəndə toplanaraq şəhid həmyərlilərin məzarını ziyarət ediblər.

Daha sonra kənddə yerləşən, erməni vandalizminə məruz qalan məscidə toplaşaraq orada Saybalı kənd sakini Nəcəfov Vasif tərəfindən azan oxunub.

Qeyd edək ki, Ağdam rayonunun Saybalı kəndinin bəylərindən olan Əhməd bəy tərəfindən inşa etdirilmiş məscidin fəaliyyəti Sovet dövründə dayandırılmış, məscid binası az müddət ambar kimi, daha sonra isə kənd işğal olunana qədər natamam orta məktəb binası kimi istifadə olunmuşdur. Məscid binası düşmənlər tərəfindən yandırılsa da, hörgüsü yaxşı vəziyyətdədir. Ərəb əlifbası ilə yazılmış daş kitabələr divarlarında olduğu kimi qalmaqdadır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir