Si Cinpin ticarət sazişi üçün Donald Trampa xüsusi şərtini çatdırıb

Baş səhifə

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampa iki ölkə arasında ticarət sazişinin imzalanması üçün xüsusi şərt olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” ABŞ hakimiyyətindəki mənbələrə istinadən xəbər yayıb.

Qeyd edilib ki, Si Cinpin Donald Trampdan Tayvanın müstəqilliyinə qarşı olması barədə rəsmi bəyanat verməsini istəyir. Çin lideri ABŞ-la ticarət razılaşması üzrə danışıqları Donald Trampa təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır.

“Si Cinpin çalışır ki, Donald Tramp rəsmi şəkildə bəyan etsin ki, ABŞ Tayvanın müstəqilliyinin əleyhinədir”, – deyə mənbə əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir