
Bakı. Trend:
Türkiyədə 5,4 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması
Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 12:59 radələrində baş verən zəlzələnin ocağı
Kütahyanın Simav rayonunda, 8,4 km dərinlikdə yerləşib.