
Bakı. Trend:
Stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III
MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar.
Trend xəbər verir
ki, həlledici görüşdə rusiyalı Yevgeni Vasikov – Yevgeni Dosov cütü
ilə qarşılaşan idmançılarımız 0-3 hesabı ilə uduzaraq gümüş
mükafata layiq görülüblər.
Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur
Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan
Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.
Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında
qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan
ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur
Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3
idmançımız – Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova
şəxsi yarışların final görüşunə çıxacaq.
XXX
18:14
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarının
yarımfinal mərhələsində mübarizəni dayandırıblar.
Trend-in
məlumatına görə, Mərziyə Nurmətova və Onur Quluzadədən ibarət
komanda qoşa yarışlarda Rusiya təmsilçiləri ilə üz-üzə gəlib.
Azərbaycan idmançıları bu qarşılaşmada 1:3 hesabı ilə məğlub
olaraq finala yüksələ bilməyiblər.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun
vurulacaq.