ABŞ Prezidenti Tramp Yaxın Şərqdə yeni nizamlanma imkanlarından danışıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nizamlanmaya dair yeni
razılaşmaların mümkünlüyünə əminliyini bildirib.

Trend xəbər verir
ki, bunu o, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında qeyd
edib.




Tramp paylaşımında bildirib: “Yaxın Şərqdə böyük bir şeyə nail
olmaq üçün real şansımız var. İlk dəfədir ki, hamı xüsusi nəyəsə
köklənib. Biz buna nail olacağıq”. O, bununla bağlı əlavə detalları
açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Tramp Qəzza sektorundakı münaqişənin
nizamlanmasına dair, HƏMAS tərəfindən girov saxlanılanların azad
olunmasını nəzərdə tutan razılaşmanın yaxın zamanda imzalanmasının
mümkünlüyünü bəyan etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir